Daşınma şərtləri



1. Daşıyıcı istehsalçı deyil və heç bir satış xidməti göstərmir. Sifarişçi ödənişini şəxsi hesabından daşıyıcının əməkdaşlıq etdiyi xarici şirkətin bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 5% ödəmə (bank) komissiyası nəzərdə tutulmuşdur.Sifarişlər növbəli şəkildə və həftə içi 24 saat ərzində həyata keçirilir.Endirimlərlə əlaqədar bu müddət uzana bilər
2. Daşıyıcı, istehsalçının səhvinə, satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
3. Daşıyıcı satıcı firma tərəfindən malın yanlış ünvana göndərilməsinə və onun anbarına çatdırılması müddətinə görə heç bir məsuliyyət daşımır.
4. Daşıyıcı sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır. (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s dəyişikliklər.)
5. Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ xarici şirkət tərəfindən balansına geri qaytarılır
6. Sifariş olunmuş məhsulun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, 5% komissiya
geri qaytarılmır.
7. Sifariş et xidmətində qapıda ödəməli sifarişlərə görə 10% komissiya haqqı tutulur
8. Ödəniş,sifariş olunan xarici ölkənin valyutası ilə aparılır,əlavə bank komissiyalarına görə Daşıyıcı heç bir məsuliyyət daşımır.
9. Sifarişçinin ünvanında ödəmək şərti ilə göndərilən sifarişlər qəbul olunmur.
10. Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı istifadəçiyə telefon və ya email vasitəsi ilə məlumat verilir.Sifarişin tamamlanması ilə bağlı problem yarana bilər.
11. Türkiyə anbarına təslim edildi görsənən bağlamalar ən gec 48 saat icinde sayta daxil edilir.Əgər 48 saatı keçdikdən sonra daxil edilməmişsə bu zaman sorğu yaradaraq bağlamanız haqqında məlumat ala bilərsiniz.
12. Qeyd,kampanya zamanlari həm Türkiyə daxili kargolarda ve anbarda gecikmələr yaşana bilir
13. Xarici anbarda statusu almayan bağlamanın iadəsi üçün müraciət edilə bilər.Bu xidmət üçün sifarişçidən müəyyən edilmiş məbləğdə komissiya tutulur
14. Daşıyıcı sifarişçinin sifariş etdiyi online ünvanın etibarlılığı,ödəmə şərtləri ilə bağlı heç bir məsuliyyət daşımır.
15. Ölçüləri cəmi 1 m-dən böyük olan bağlamaların həcmi çəkisi hesablanır. Hesablama qaydası: en * uzunluq * hündürlük/ 6000
16. Hər ölkənin fiziki şəxslər üçün tətbiq etdiyi xaricdən alışveriş qaydaları və limitləri vardır. Sifarişçinin ölkəsinin qanunlarına uyğun olaraq əgər hər hansı əlavə xərclər ( gömrük rüsumu, vergi və.s) yaranarsa tamamilə alıcıya aiddir. Sifarişçinin yükü gömrük orqanı tərəfindən saxlandıqda Targoex MMC (bundan sonra “Daşıyıcı”) bu barədə sifarişçiyə məlumat verir. Sifarişçi gömrükdə saxlanmış bağlamasını özü götürmək istədikdə, “Daşıyıcı”ya bağlamanın daşınma haqqını ödəyir. “Daşıyıcı” isə öz növbəsindəsifarişçiyə bağlamanı təhvil alması üçün gömrük orqanı tərəfindən verilmiş barkod təqdim edir. Sifarişçi bu barkod əsasında bağlamasını Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirir və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək yükünü təhvil alır.
17. Sınan,qırılan və əzilən bağlamaların danşınmasında yaranan hər hansı bir xəsarətə Daşıyıcı cavabdeh deyil.Bağlamaların düzgün qablaşdırılması üçün sifarişçi satıcı mağaza ilə əlaqə saxlmalıdır.
18. Sifarişçi bağlamasını Daşıyıcının ofisindən təhvil ala bilər və birbaşa ünvanına çatdırılmasını istəyərsə,bu zaman ödənişli kuryer xidmətindən istifadə edə bilər.
19. Sifarişçi bağlamasını təhvil almağa gələrkən “Daşıyıcı”nın ofisində kassaya şəxsiyyətini təsdiq edən sənəd təqdim edərək, daşınma haqqını ödəyir və müvafiq çek alaraq, bağlamasını anbardan götürür.
20. Çatdırılma haqqı hər bağlamanın çəkisinə görə hesablanır.
21. Sifariş olunmuş malın daşıyıcının anbarına daxil olması barədə sifarişçiyə məlumat verildikdən 10 gün ərzində mal təhvil götürülməzsə, anbarda qaldığı hər günə görə Sifarişçi 1 manat dəyərində Daşıyıcıya cərimə ödəməyi öhdəsinə götürür.40 gün ərzində isə bağlama təhvil alınmazsa, növbəti gün aktlaşdırılaraq, istifadəçinin hesabından silinir. Məbləğ heç bir halda müştəriyə geri qaytarılmır.
22. Malın qəbulundan imtina edilməsi zamanı sifarişçiyə heç bir məbləğ ödənilmir, sifarişçi
30 günlük cərimə məbləğini daşıyıcıya ödəmədiyi təqdirdə yeni sifariş üçün xidmətdən yararlana bilməyəcək.
23. Ödənişlərin karta geri qaytarılması 15 iş günü müddətində icra olunur,bəzi hallarda bu müddətə bir neçə gün banklardan asılı olaraq əlavə ola bilər.
24. Səbətdə malın saxlama müddəti maksimum 15 gündür. Bu müddətdə mal sifarişçi tərəfindən qəbul edilmədikdə bu sifarişçinin maldan imtina etməsi kimi qəbul olunur.
25. Tərkibində maye, tez alışan maddələr, batareya və Azərbaycan qanunvericiliyinə qadağan olunmuş məhsullar olan sifarişlər qəbul olunmur. Ölkəyə gətirilməsi qadağan olunan mallar haqqında gömrüyün rəsmi saytına daxil oub ətraflı məlumat ala bilərsiniz
26. Qeyd: Mobil telefonların daşınmasını həyata keçirmirik.
27. Bu qaydalarla tanış olduqdan sonra Sifarişçi olaraq qeydiyyatdan keçən şəxs bildirmiş olur ki, qaydalarda qeyd olunan hallarla bağlı yaranan istənilən problemə görə
28. Qaydalara riayət etməyən sifarişçinin qeydiyyatı məlumatlandırmadan sonra davam edəcəyi təqdirdə bloklanacaq.
29. Targoex MMC qadağan olunmuş məhsul sifarişlərini nəzarətdə saxlamaq üçün verilən sifarişləri açıb yoxlamaq haqqına sahibdir..

Qadağan Olunmuş Məhsullar


Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar, yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr və hərbi texnika.
- Tərkibində batareya olan avadanlıqlar,
- Telefonlar, powerbank-lar, planşet
- Kamerası və səsyazması olan saatlar
- Spirtli içkilərin bütün növləri, pivə və tütün məhsulları
- Tibbi məhsullar
- Gizli kamera
- Akkumlyatorlar
- Amortizatorlar
- Hover Board skuteri
- Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar
- Radioaktiv maddələr.
- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatlar.
- Əxlaq pozğunluğunun, zorakılığın, terrorizmin təbliğini və reklamını edən materiallar.
- Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
- Canlı heyvanlar - Bitki və toxumlar
- Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
- Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
- Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
- Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
- Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar.
- Qanunvericiliyin tələbini ödəməyən digər məhsullar